Rusiyada Priqojinin olduğu təyyarə qəzaya uğradı - YENİLƏNİB

 21:19 23.08.2023     681

Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri siyahısında Yevgeni Priqojin də olub. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

“Bu gecə Tver vilayətində baş verən “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin arasında Yevgeni Priqojinin adı və soyadı da var”, - məlumatda deyilir.

****

21:11

Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi Telegramda məlumat yayıb.

“Gəmidə 3-ü ekipaj üzvü olmaqla 10 nəfər olub. İlkin məlumata görə, təyyarədə olanların hamısı həlak olub”, - nazirliyin açıqlamasında bildirilib.

Hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış işləri aparılır.

Təyyarə "Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.

Yusif EYVAZLI