Rusiya ordusu əleyhinə çıxış edən blogerə 10 il həbs cəzası istənildi

 21:13 23.08.2023     232

Dövlət ittihamının nümayəndəsi bloger Maksim Katzın (Rusiya Federasiyasında xarici agent kimi tanınır) Rusiya ordusu haqqında saxtakarlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Alan Qamazov məlumat verib.

"Tərəflərin bu gün keçirilən debatı zamanı prokuror Katzın 10 il müddətinə cəzaçəkmə müəssisəsində cəzalandırılmasını istəyib. Müdafiə tərəfi buna etiraz edib, ona bəraət verilməsini istəyib. Hökm avqustun 24-də Moskva vaxtı ilə saat 10:00-da elan olunacaq", - o, bildirib.

Turan İSMAYIL