"Vaqner" rəhbəri təyyarə qəzasında öldü - VİDEO

 22:08 23.08.2023     715

Avqustun 23-də Tver vilayətində təyyarə qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarədə 10 nəfər olub, onların hamısı ölüb.

Redaktor.az "Rosaviatsia"ya istinadla xəbər verir ki, sərnişinlər siyahısında "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin var.

TASS isə xəbər verir ki, təyyarə Tver vilayətində Kujenkino kəndi yaxınlığında qəzaya uğrayıb.

Təyyarə Şeremetyevo hava limanından Sankt-Peterburqa uçurdu.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, sərnişinlərin siyahısına əsasən, Yevgeni Priqojin də onların arasındadır.

Turan İSMAYIL