Priqojinin qəzaya düşdüyü təyyarədə "Vaqner" komandirləri də olub

 22:29 23.08.2023     385

Tverdə qəzaya uğrayan təyyarənin göyərtəsində "Vagner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Fontanka" mənbəyə istinadən yazır.

Nəşr iddia edir ki, Priqojinlə yanaşı, "Vaqner" komandirləri də biznes-jetdə uçublar.

Xatırladaq ki, “Embraer” təyyarəsi Moskva vilayətindən Sankt-Peterburqa doğru havaya qalxaraq Tver vilayətində qəzaya uğrayıb. 8 nəfərin cəsədi tapılıb, bəzi kanallar təyyarədə 10 nəfərin olduğunu yazıb. Təyyarə Priqojinə məxsus olub, lakin "Readovka" qeyd edib ki, o, adətən başqa biznes-jetdən istifadə edir.

Turan İSMAYIL