Priqojinin öldüyü təyyarə qəzasına görə cinayət işi açıldı

 22:40 23.08.2023     411

Göyərtəsində "Vaqner" rəhbəri Yevgeni Priqojin olan təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

“Tver vilayətində baş vermiş qəzadan sonra Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü “Yol hərəkəti təhlükəsizliyi qaydalarını pozma” maddəsi və hava nəqliyyatının istismarı maddəsi ilə cinayət işi açıb. ”, - məlumatda deyilir.

İstintaq Komitəsi onu da qeyd edib ki, Moskvadan Sankt-Peterburqa gedən biznes-jet Tver vilayətində qəzaya uğrayıb. "İlkin məlumatlara görə, təyyarədə olan 10 nəfər ölüb. İstintaq qrupu hadisə yerinə yola düşüb, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra istintaq hərəkətləri aparılacaq".

Turan İSMAYIL