Bayden Priqojinin təyyarə qəzası barədə məlumatlandırılıb - Ağ Ev

 22:50 23.08.2023     485

ABŞ Prezidenti Co Bayden Rusiyada "Vaqner" özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin ola biləcək təyyarənin qəzaya uğraması barədə artıq məlumatlandırılıb.

Redaktor.az Sky News-a istinadən xəbər verir ki, bu barədə Ağ Evdə məlumat verilib.

"Təyyarə qəzası ilə bağlı ABŞ prezidenti məlumatlandırılıb", - məlumatda deyilir.

Əlavə məlumat verilmir.

Xatırladaq ki, bu gün Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə "Vaqner" rəhbəri Yevgeni Priqojinin öldüyü barədə məlumatlar yayılıb.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən