"Vaqnerçi"lərin cəsədlərinin tanınması üçün DNT analizi aparılacaq

 23:03 23.08.2023     347

Rusiyanın Tver vilayətində biznes təyyarəsinin qəzaya uğradığı yerdə tapılan səkkiz nəfərin cəsədi ağır yanıb. Onların şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, DNT müayinəsi aparmaq lazım gələcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Bundan başqa, kanalın məlumatına görə, ölənlərdən ikisində elə bədən xəsarətləri var ki, onları tanımaq mümkün deyil.

Qeyd edək ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin istifadə etdiyi biznes-jet Tver vilayətində qəzaya uğrayıb.

“Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov deyib ki, o, Priqojinin və bu təyyarədə də uçan "Vaqner" komandiri Dmitri Utkinin ölümünü təsdiqləyən “Vaqnerçilər"lə danışıb.

Turan İSMAYIL