Medvedev Tvitterdə yeni funksiyaya görə Maskı tənqid ETDİ

 23:41 23.08.2023     703

X sosial şəbəkəsində  tətbiq edilən "İcma qeydləri" funksiyası sərbəst fikir mübadiləsinin qarşısını alır.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu fikri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkədəki səhifəsində bildirib.

Siyasətçi platformanın sahibi, amerikalı sahibkar İlon Maskı tənqid edib. Onun sözlərinə görə, iş adamı bu funksiyanı tətbiq edərkən liberal düşüncəli ictimaiyyəti rəhbər tutub. 

O, buna misal olaraq bəzi istifadəçilərin öz paylaşımlarına reaksiyasını göstərib. 

“Bu nə axmaq şərhlərdir, yumor hissi olmayan şəxslər üçün hazırlanmışdır!", - deyə o bildirib.

Yusif EYVAZLI