Türkiyə ordusu İraqın şimalında şəhid verdi

 10:33 24.08.2023     325

Türkiyə ordusu İraqın şimalında keçirdiyi “Pənçə- Kilit” əməliyyatında daha bir şəhid verib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, çavuş Ali Demir terrorçularla gedən döyüşlər zamanı yaralanıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.