Priqojinin öldüyü təyyarənin elementi qəza yerindən 3,5 km aralıda tapıldı - FOTO

 11:03 24.08.2023     337

Rusiyada "Vaqner" özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin uçduğu “Embraer” təyyarəsinin quyruğunun elementi qəza yerindən 3,5 kilometr aralıda aşkar edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, parça Kujenkino kəndinin girişinin yaxınlığında, yerli sakinin bağ evindən bir neçə metr aralıda yerləşir.

Xatırladaq ki, ötən gecə Tver vilayətinin Kujenkino kəndi yaxınlığında “Embraer Legacy” biznes-jeti qəzaya uğrayıb. Təyyarədə üç ekipaj üzvü də daxil olmaqla on nəfər olub. Onların hamısı ölüb.

Federal Hava Nəqliyyatı Agentliyinin açıqladığı sərnişinlərin siyahısına əsasən, təyyarədə Yevgeni Priqojin də olub. Qəzaya uğrayan təyyarə biznes daşımalarında ixtisaslaşmış MNT-Aero MMC-yə məxsus olub.
Təyyarə qəzası faktı ilə bağlı cinayət işi açılıb.

Turan İSMAYIL

22