Rusiyalı diplomatın Ermənistana girişinə qadağa qoyuldu

 11:19 24.08.2023     311

“Rossotrudniçestvo”nun Ermənistandakı filialının keçmiş rəhbəri, diplomat Viktor Krivopuskov bu ölkəyə girişi arzuolunmaz şəxslər siyahısına əlavə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb.

Mənbənin sözlərinə görə, Rusiya Ermənistanla Dostluq və Əməkdaşlıq Cəmiyyətinin rəhbərinə İrəvanın “Zvartnots” hava limanında sərhədi keçməyə icazə verilməyib.

Krivopuskov 2009-2013-cü illərdə “Rossotrudniçestvo”nun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edib, eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri olub.

Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin, RT və “Sputnik”in baş redaktoru Marqarita Simonyan, eləcə də media meneceri Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib.