Çində neft tankeri yandı

 11:58 24.08.2023     633

Çinin cənub sahillərindəki Beibu körfəzində neft tankerində baş verən yanğın iki nəfərin ölümünə səbəb olub.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, gəmidə 17 nəfər olub.

15 nəfəri xilas etmək mümkün olsa da, 2-nin həyatını qurtarmaq mümkün olmayıb. Yanğını iki saat ərzində söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır. 

Humay İSGƏNDƏRLİ