Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO

 11:55 24.08.2023     442

Xəbər verdiyimiz kimi, "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsi qəzaya uğrayıb. 

Redaktor.az xəbər verir ki, dünən qəzaya uğrayan özəl təyyarədə Priqojinlə birgə digər 9 nəfər də həlak olub. 

Ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub. 

Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib. (Unikal)

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO

Priqojinin təyyarəsində ölən pilot Rüstəm Kərimov kimdir? - FOTO