Almaniyanın vitse-kansleri kəşfiyyatı Rusiyaya görə danladı

 13:15 24.08.2023     364

Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek Almaniya Federal Kəşfiyyat Xidmətini (BND) 24 fevral 2022-ci il tarixində Rusiyanın Ukraynada müharibəyə başlamazdan əvvəl Ukraynadakı vəziyyəti yanlış qiymətləndirməsinə görə qınayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini DPA sitat gətirir:

"Bəzi xidmətlər deyirdi ki, söhbət yalnız məşqlərdən gedir, ən pis şey olmayacaq. Amma hər şey ən pis ssenari üzrə getdi".

Nazir Almaniya xüsusi xidmət orqanlarını nəzərdə tuturmu sualına müsbət cavab verib.

Qeyd edək ki, BND-nin Rusiyanın Ukraynada müharibəyə başlayacağını qabaqcadan görə bilməməsi faktı Almaniyada dəfələrlə müzakirə olunub. Məlumdur ki, xidmətin rəhbəri Bruno Kal əməliyyat başlamazdan bir gün əvvəl - 2022-ci il fevralın 23-də Kiyevə gəlib və səhəri gün səhər tələsik Ukraynanı tərk edib.

Turan İSMAYIL