Norveç IRIS-T zenit raketlərini Ukraynaya təhvil verəcək

Norveç hökuməti Ukraynaya IRIS-T zenit-raket komplekslərinin bağışlanması barədə qərar qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə NTB agentliyi məlumat yayıb.
Bildirilib ki, bu raketlər İsveçin Ukraynaya hədiyyə etmək qərarına gəldiyi qurğulardan buraxıla bilər.
Bundan əvvəl Norveç Ukraynaya NASAMS və Mistral MANPADS-i bağışlamışdı.
Turan İSMAYIL