Ukrayna kəşfiyyatçıları Krıma dövlət bayrağı asdılar - VİDEO

 15:00 24.08.2023     384

Xüsusi əməliyyat zamanı Ukrayna kəşfiyyatçıları Krım ərazisinə enərək Ukrayna bayrağını asıblar.

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bu gecə Krımda Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Baş Kəşfiyyat İdarəsi əməliyyat keçirib. Qayıqlarda olan xüsusi təyinatlılar Olenevka və Mayak yaşayış məntəqələri yaxınlığında sahilə enib.

"Tapşırığın icrası zamanı ukraynalı müdafiəçilər işğalçı bölmələri ilə toqquşmaya başlayıblar. Nəticədə düşmən şəxsi heyət arasında itki verib, düşmənin texnikası məhv edilib. Həmçinin Ukrayna Krımda dövlət bayrağı yenidən dalğalanıb" - məlumatda ​​deyilir.

Qeyd olunub ki, bütün məqsəd və vəzifələr yerinə yetirilib. Xüsusi əməliyyat başa çatdıqdan sonra ukraynalı müdafiəçilər itkisiz hadisə yerini tərk ediblər.

Baş Kəşfiyyat İdarəsi onu da əlavə edib ki, Krımın işğalçı “administrasiyası” yerli əhalinin kütləvi müraciətlərinə baxmayaraq, baş verənləri şərh etmir. Eyni zamanda, yeganə mesaj guya “müəyyən edilmiş qrafik üzrə döyüş sursatı məhv edilməsi” ilə bağlıdır.

Kəşfiyyat əlavə edib ki, Ukrayna Müdafiə Qüvvələri işğalçılara döyüş sursatı, texnikası və canlı qüvvəsinin məhv edilməsində yardım etməyə davam edəcək.

Turan İSMAYIL