Ankara və Bağdad birgə İraqı PKK-dan təmizləyə bilər - Hakan Fidan

 15:25 24.08.2023     286

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankara və Bağdadın İraq ərazisini Türkiyədə terror təşkilatı PKK-dan birgə təmizləyəcəyinə ümid etdiyini bildirib.

Redaktor.az TRT-yə istinadla xəbər verir ki, nazir bunu İraqa səfərində deyib.

"Terrorçu PKK İraq torpaqlarında sığınacaq tapıb. Ümid edirəm ki, birgə səylərlə İraq ərazisini bu virusdan təmizləyəcəyik" - Fidan bildirib.

Qeyd edək ki, Türkiyə 1980-ci illərin sonlarından bu günə qədər PKK terror təşkilatına qarşı fəal mübarizə aparır. Bu müddət ərzində on minlərlə Türkiyə vətəndaşı döyüşlərdə, toqquşmalarda və PKK-nın hücumlarında həlak olub. Təşkilatın əleyhinə ən fəal tədbirlər ənənəvi olaraq ölkənin cənub-şərqində həyata keçirilir. Bununla belə, respublikanın silahlı qüvvələri Suriya və İraqın şimal bölgələrində də PKK-ya qarşı mübarizə aparır.

Turan İSMAYIL