Bayden Rusiyaya qarşı yeni sanksiyalar elan etdi

ABŞ prezidenti Co Bayden Ukraynanın Müstəqillik Günündə Rusiyaya qarşı yeni sanksiyalar elan edib.
Redaktor.az bu barədə TASS-a istinadla məlumat verir.
“Bu gün biz məcburi köçkünlərə və deportasiyalara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək və ukraynalı uşaqların ailələrinə qaytarılmasını tələb etmək üçün yeni sanksiyalar elan edirik”, – Ağ Evin bəyanatında deyilir. Sanksiyaların təfərrüatları açıqlanmır.
Bayden Kiyevi Müstəqillik Günü münasibətilə təbrik edib və ABŞ-ın "Ukraynaya dəstəyini" davam etdirəcəyini bildirib.
Ukrayna tərəfi dəfələrlə Rusiyanı uşaqları qaçıraraq öz təbəələrinə aparmaqda ittiham edib.
Turan İSMAYIL