Lavrov BRİKS-in yeni tərkibini futbol komandası ilə müqayisə etdi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRİKS-in yeni tərkibi haqqında danışarkən onu futbol komandası ilə müqayisə edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, onun sözlərinə görə, əvvəllər assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika üzv olub. Hazırkı sammitdə genişləndirilməsi qərara alınıb - Argentina, Misir, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə tamhüquqlu üzv kimi qəbul ediləcək.
Lavrov qeyd edib ki, 2024-cü ildə təşkilata sədrlik edəcək Rusiya yanvarın 1-nə qədər gözləməyəcək, BRİKS-in yeni üzvləri ilə əvvəlcədən təmaslara başlayacaq və onlara “işlə məşğul olmağa” kömək edəcək.
"Belə ki, Kazanda keçiriləcək sammitə qədər bütün 11 dövlət - bizim belə bir futbol komandamız var - sədrliyimizin artıq elan etdiyi məsələlərin mahiyyətinə tam daxil olsunlar", - XİN rəhbəri bildirib.
Turan İSMAYIL