"Ukrayna avropalılar üçün ilham mənbəyidir" - Avropa İttifaqı

 17:17 24.08.2023     341

Avropa İttifaqı (Aİ) qurumlarının rəhbərləri 32-ci müstəqillik günü münasibəti ilə Ukraynaya dəstəklərini bir daha bəyan ediblər.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen paylaşım edib.

"Ukrayna gücünü xalqından alır. Onların cəsarəti, gücü və bütövləşmiş Avropada dinc və firavan gələcəyə ümidləri var. Onlar avropalılar üçün ilham mənbəyidir”,-deyə Ursula qeyd edib.

Humay İSGƏNDƏRLİ