Meymun zooparkda təmizlikçiyə HÜCUM ETDİ

 20:10 24.08.2023     492

Amerikanın Missisipi ştatının Cekson şəhərində meymun zooparkın işçisinə hücum edərək ona xəsarətlər yetirib. 

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə WLBT məlumat yayıb.

Nəzarətçi təmizləmək üçün meymunların çəninə girərkən birdən meymunlardan biri ona hücum etib. 

Kişi xəsarətlər alıb.

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən