Bu ölkədə leysan yağışları fəlakətə səbəb oldu

 11:31 25.08.2023     214

Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub bölgəsində həftəsonundan bəri davam edən leysan yağışları nəticəsində 3 nəfər həyatını itirib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ölkənin Milli Fəlakət Xidmətindən verilən açıqlamada 33 min 200 nəfərin təxliyə edildiyi bildirilib.

Çili prezidenti Qabriel Boric açıqlamasında kiçik və orta sahibkarlara, eləcə də daşqınlardan zərər çəkənlərə və əkin sahələri zərər görən fermerlərə maliyyə yardımı edəcəklərini açıqlayıb.