Armen Qriqoryan Hindistana səfər edəcək

 11:19 25.08.2023     259

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 28-də baş tutacaq səfər çərçivəsində Qriqoryan Yeni Dehlidə Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ajit Doval ilə danışıqlar aparacaq.

Bu, Qriqoryanın Hindistana bir ildən az müddətdə ikinci səfəridir. Daha əvvəl o, 2022-ci ilin noyabrında Hindistana səfər edib.(apa)