Rusiyadakı biznesini 1 avroya satdı

 12:49 25.08.2023     224

Niderlandın pivə istehsal edən “Heineken” şirkəti Rusiyadakı aktivlərinin satışı prosesini başa çatdırıb.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, şirkət bununla da Rusiya bazarını tamamilə tərk edib.

Məlumata görə, “Heineken” biznesini Rusiyanın “Arnest” qrupuna satıb. Müqavilənin dəyəri şirkətin 100 faiz səhminə görə 1 avro təşkil edib. Şirkətin Rusiya bazarını tərk etməsi 300 milyon avro həcmində zərərə səbəb olacağı bildirilir.