Qərb Ukraynaya bu il 30 milyard dollar yardım edib - Baş nazir
Qərb Ukraynaya bu ilin əvvəlindən 30 milyard dollara yaxın maliyyə yardımı edib.
Redaktor.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Nazirlər Kabinetinin iclasında bildirib.
Ukrayna hökumət başçısının sözlərinə görə, Qərb tərəfdaşlarla əməkdaşlıq sayəsində artıq Ukraynaya dəstək üçün indiyə qədər 30 milyard dollara yaxın vəsait toplanıb.
Xatırladaq ki, Şmıqal bir müddət öncə bu il ərzində Ukrayna büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin 48,7 milyard dollara çatacağını deyib.