Lukaşenko bəyan etdi: ""Vaqner"in əsas dayağı Belarusda qalacaq"

 17:44 25.08.2023     275

"Vaqner" özəl hərbi şirkətinin əsas dayağı Belarus ərazisində qalır, lazım gələrsə, bir neçə gün ərzində birləşmələrin sayı 10 min nəfərə qədər artırıla bilər.

Redaktor.az "BelTA"tya istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Vaqner” yaşadı, “Vaqner” sağdır, “Vaqner” də Belarusda yaşayacaq, nə qədər kiməsə xoş gəlməsə də. Priqojin ilə birlikdə biz "Vaqner"in ölkəmizdə necə yerləşəcəyinə dair bir sistem qurduq" - deyən Belarus prezidentinin sözlərinə görə, lazım gələrsə, “bir neçə gün ərzində hamı burada olacaq, 10 min nəfərə qədər”.

"İndi onları burada tutmağa ehtiyac yoxdur. Ona görə də onlar heç yerə qaçmırlar. Nə qədər ki, bu bölmə bizə lazımdır, onlar bizimlə yaşayıb işləyəcəklər", - Lukaşenko bildirib.

Turan İSMAYIL