ABŞ-da neft emalı zavodunda güclü yanğın baş verdi

 20:05 25.08.2023     323

ABŞ-ın Luiziana ştatının Qarrivil şəhərindəki Marathon Petroleum neft emalı zavodunda güclü yanğın davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, şəhər hakimiyyəti yanğın yerindən 3 km radiusda yaşayan əhalinin təxliyyə edildiyini elan edib və yanğının özü artıq kosmosdan görünür. Təcili yardım xidmətləri yanğını söndürməyə və hava ölçülərini aparmağa çalışır.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən