Putin 14-24 yaşlı vətəndaşların iş tapması üçün tapşırıq verdi

 21:05 25.08.2023     280

Rusiya Prezidenti Vladimir Putin yetkinlik yaşına çatmayan ruslara iş tapmağı asanlaşdırmaq imkanlarını nəzərdən keçirməyi tapşırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, belə bir maddə Kremlin saytında dərc olunan təlimatlar siyahısında yer alır.

“Orta ümumtəhsil, orta ixtisas təhsili və ali təhsil müəssisələrinin təhsil proqramları üzrə əyani təhsil alan 14-24 yaşlı vətəndaşların məşğulluğunun təşviqi və məşğulluğunun (o cümlədən müvəqqəti işlərin görülməsi üçün) stimullaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə baxılsın. belə vətəndaşları işə qəbul edərkən işəgötürənlərə güzəştlərin verilməsi və 18 yaşına çatmamış vətəndaşların işə qəbulunun sadələşdirilməsi”, - bəndlərdən birində deyilir.

Turan İSMAYIL