"Taxıl tədarükü üçün alternativ yollar risklidir" - Hakan Fidan

 21:26 25.08.2023     327

Taxıl tədarükü üçün alternativ yollar səmərəsiz və risklidir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan səfərdə olduğu Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

"Təəssüf ki, taxıl müqavilələri iyulun 17-də başa çatdı. 33 milyon tondan çox taxıl tədarük edildi. Biz bilirik ki, tədarük üçün alternativlər axtarılır. Amma biz alternativləri Qara dəniz təşəbbüsünün əvvəlki marşrutuna səmərəsiz hesab edirik. Biz taxıl sövdələşməsini canlandırmaq üçün səy göstəririk”.

Qeyd edək ki, Türkiyənin XİN başçısı bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 

Turan İSMAYIL