F-16 qırıcıları Baydenə görə havaya qaldırıldı

 23:02 25.08.2023     411

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı-bombardmançı təyyarələri mülki təyyarənin ABŞ Prezidenti Co Baydenin istirahət etdiyi Tahoe gölü (Nevada) ərazisində bağlı hava məkanını pozması səbəbindən havaya qaldırılıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) yaydığı yazılı açıqlamada bildirib.

“Bu səhər iki NORAD F-16 qırıcısı və ABŞ Sahil Mühafizəsinin bir MH-65 Dolphin vertolyotu, mülki təyyarənin Taho gölü (Nevada ştatı) ərazisində müvəqqəti uçuş məhdudiyyəti zonasını pozması ilə bağlı hərəkətə keçib. Mülki təyyarə təxminən Sakit okean vaxtı ilə səhər saat 7:50-də (Bakı vaxtı ilə 18:50 - TASS qeydi) zonanı pozub və zonadan kənarda müşayiət olunub", - sənəddə deyilir. Təyyarə insidentsiz ərazini tərk edib.

NORAD vurğulayıb ki, qırıcılar mülki təyyarəni “pilotun diqqətini cəlb etmək üçün yerli sakinlərə görünə bilən məşəllər atıblar”. "Məşəllərdən istifadə edərkən biz ilk növbədə tutulan təyyarənin və yerdə olan insanların təhlükəsizliyinin qayğısına qaldıq. Onlar tez və tamamilə yanıb, yerdəki insanlar üçün təhlükə yaratmır", - komandanlıq əlavə edib.

Turan İSMAYIL