Pentaqonun keçmiş rəhbəri Tayvanı silah ehtiyatı yaratmağa çağırdı

 23:27 25.08.2023     310

Donald Tramp administrasiyasında ABŞ Müdafiə Naziri vəzifəsində çalışmış Mark Esper (2019-2020) Tayvana səfəri zamanı adanın müdafiə departamentinin rəhbəri Qiu Quozheng ilə görüşüb və onu strateji ehtiyatlar yaratmağa çağırıb.

Redaktor.az xəbər verir ki, bunu o, Tayvanın TVBS telekanalının efirində bildirib.

O, qeyd edib ki, Tayvan hərbi idarəsinin rəhbəri ilə görüş zamanı Tayvan silahlı qüvvələrinin döyüş qabiliyyətinin və müdafiə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub. "Mənim fikrim dəyişməz olaraq qalır, Tayvan bir neçə şey etməlidir. O, müəyyən mövqelər - enerji resursları və silah ehtiyatı formalaşdırmalıdır" - keçmiş nazir deyib.

Esper qeyd edib ki, Tayvana səfər etməzdən əvvəl ABŞ-ın Hind-Sakit Okean Komandanlığına baş çəkib. Keçmiş Pentaqonun rəhbəri deyib: "Mən bütün hərbi liderlərdən ən son məlumatı aldım və məncə, bu, ABŞ hökumətinin də fikridir: Tayvan asimmetrik müdafiə qurmalıdır.

Düşünürəm ki, siz asimmetrik müdafiəyə daha çox pul xərcləməlisiniz. Və bunu mümkün qədər tez edin", - Esper bildirib.  O, həmçinin qeyd edib ki, Tayvan müdafiə xərclərini ÜDM-in ən azı 3%-nə qədər artırmalıdır.

Turan İSMAYIL