Medvedev Cənubi Osetiyadakı münaqişəni Saakaşvilinin üzərinə atdı
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev TASS və RT-yə müsahibəsində Cənubi Osetiyada 2008-ci ilin avqustunda baş vermiş münaqişənin günahını Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və ölkənin siyasi rəhbərliyinin üzərinə atıb.
Redaktor.az xəbər verir ki, siyasətçinin fikrincə, ABŞ-ın bu məsələdə rolunu dərk edərək belə təcavüzə başlamaq qərarı verən dövlət başçısı olub.
“Onun psixi cəhətdən qeyri-sabit olduğu aydın idi, bu da baş verənlərə təsir etdi”, - deyə Medvedev bildirib.
Bundan əvvəl Təhlükəsizlik Şurasının sədr müavini Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun tərəfdarlarının hərəkətlərini 2008-ci ildə ölkədə müharibənin səbəbkarları adlandırıb. Medvedevin sözlərinə görə, Qərbin təsiri altında olan dövlət rəhbərinin məsuliyyətsiz davranışı 15 il əvvəl münaqişəyə səbəb olub.
Turan İSMAYIL