Ukraynada sutka ərzində beşinci dəfə hava hücumu xəbərdarlığı elan edildi

 23:38 25.08.2023     326

Əhalinin xəbərdar edilməsi üzrə rəsmi resurs xəbər verir ki, Ukraynanın hər yerində sutka ərzində beşinci dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, sirenlər Bakı vaxtı ilə saat 22:21-də yenidən işə düşüb.

40 dəqiqə əvvəl günün dördüncü həyəcan siqnalı da bütün ölkə ərazisini bürüdü. Təxminən 15 dəqiqə davam etdi, lakin sonra əksər bölgələrdə ləğv edildi. Bununla belə, Dnepropetrovsk, Poltava və Xarkov vilayətlərində sirenlər işini dayandırmayıb.

Turan İSMAYIL