Krım körpüsü yenə bağlandı

 23:47 25.08.2023     387

Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Redaktor.az news.ru-ya istinadla xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 22:42-də bəyan edilib. Bu qərarın səbəbləri açıqlanmır.

Sürücülərdən təmkinli olmaları və nəqliyyat təhlükəsizliyi əməkdaşlarının göstərişlərinə əməl etməyə çağırılıb.

Bundan əvvəl avqustun 24-ü səhər saatlarında körpüdə nəqliyyatın hərəkətinin dayandırılması barədə məlumat yayılmışdı.

Avqustun 12-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Silahlı Qüvvələri zərbə versiyasına çevrilmiş S-200 zenit-raket kompleksi ilə Kerç boğazı üzərindən körpüyə zərbə endirməyə cəhd edib. Mərmi zenit müdafiəsi tərəfindən vurulub.

Turan İSMAYIL