Tramp özünə daha bir vəkil tutdu

 23:51 25.08.2023     262

ABŞ-ın keçmiş prezidenti Donald Tramp cinayət təşkilatları ilə bağlı işlərdə təcrübəsi olan vəkil Stiven Sadou öz vəkillər komandasına cəlb edib.

Redaktor.az xəbər verir ki, "Axios" internet portalının məlumatına görə, siyasətçiyə Corciya ştatının məhkəməsində işləmək üçün yeni müdafiəçi lazım olub.

Nəşr qeyd edir ki, Trampın Corciya üzrə yeni vəkilinin kriminal təşkilatların səs-küylü işlərində təcrübəsi var.

"Axios" vurğulayır ki, Sadou artıq avqustun 24-də Atlantadakı "Fulton County" həbsxanasında həbs prosedurlarından keçən Trampı müşayiət edib. 

Corciyadakı böyük münsiflər heyəti bundan əvvəl Tramp və onunla əlaqəli bir qrup şəxsə qarşı bu ştatda əvvəlki prezident seçkilərinin nəticələrinə təsir göstərmək cəhdləri iddiası ilə ittiham irəli sürüb. Eks-prezidenti 20 ilə qədər həbs gözləyir.

Bundan əvvəl Donald Tramp Fulton qraflığının həbsxanasında keçirdiyi həbs prosedurunu ədalətin parodiyası adlandırmışdı. Siyasətçinin sözlərinə görə, o, heç bir səhv etməyib və ona qarşı başlanan bütün cinayət işləri “seçkilərə müdaxilədir”. 

Turan İSMAYIL