Armen Avtandilyan vəzifəsindən uzaqlaşdırıldı
Ermənistan Müdafiə Nazirliyinin çağırış və səfərbərlik xidmətinin rəisi Armen Avtandilyan vəzifəsindən uzaqlaşdırılıb.
Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan A. Avtandilyanı vəzifəsindən azad edib.
Bəzi erməni mənbələrində onun adının vəzifəsindən sui-istifadə etmə və korrupsiyada hallandığı iddia olunur.