Havay adalarındakı yanğında 338 nəfər itkin düşüb

 10:02 26.08.2023     227

Havay adalarında avqustun 9-da başlayan meşə yanğınlarında 338 nəfər itkin düşmüş hesab olunur.

Redaktor.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı ötən gün 1732 nəfər sağ olaraq tapılıb.

Meşə yanğınlarında ölənlərin sayı sonuncu 115 nəfərdir.

Prezident Co Bayden avqustun 22-də Havay adalarında olub və yanğın zamanı xəsarət alanlara kömək edəcəyinə söz verib.

Xatırladaq ki, Havay adalarındakı meşə yanğını ABŞ-də əsrin faciəsi adlandırılıb.