Hakan Fidan Krım türklərinin lideri ilə görüşdü

 11:14 26.08.2023     297

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri zamanı Krım Tatar Türklərinin milli lideri Mustafa Əbdülcəmil Kırımoğlu ilə görüşüb.

Redaktor.az xəbər verir ki, onların bu görüşü haqda Türkiyə Xarici İşlər nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşım edilib.

Türkiyəli nazir bəyan edib ki, Krım tatar türklərinin hüquqlarının və statusunun gücləndirilməsi ilə bağlı bütün təşəbbüsləri dəstəkləyirlər.

Qeyd edək ki, Hakan Fidan ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə bir araya gələrək müzakirələr aparıb.

Turan İSMAYIL

2