Hakan Fidan Moskvaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın əvvəlində Moskvaya səfər etməyi planlaşdırır.
Redaktor.az MK-ya istinadla xəbər verir ki, diplomat taxıl sazişi, Rusiya və Ukrayna arasında mümkün danışıqlarla bağlı vəziyyəti, həmçinin qaz qovşağı layihəsini müzakirə etməyi planlaşdırır.
Bundan əvvəl “Milliyet” qəzeti Fidanın sentyabrda Moskvaya səfər edəcəyini iddia etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da XİN rəhbərinin yaxın vaxtlarda Rusiyaya gələcəyini bildirib.
Turan İSMAYIL