Ukrayna XİN: “Taxıl idxalına qoyulan qadağanın uzadılması qəbuledilməzdir”

 13:44 26.08.2023     257

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Slovakiya, Bolqarıstan, Polşa, Rumıniya və Macarıstanın Ukraynanın taxıl idxalına qoyulan qadağanın bu ilin sonuna qədər uzadılması qəti şəkildə qəbuledilməzdir.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.

“Polşa, Slovakiya, Bolqarıstan, Rumıniya və Macarıstanın Ukrayna taxılının idxalına qoyulan qadağanın 2023-cü ilin sonuna qədər uzadılmasını dəstəklədiyi barədə bəyanatına diqqət yetirdik. Sentyabrın 15-də Avropa Komissiyasının qadağası başa çatdıqdan sonra Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına ticarət məhdudiyyətlərinin davam etdirilməsini qəti şəkildə qəbuledilməz hesab edirik”, - bəyanatda qeyd edilib.

Bununla yanaşı, nazirlikdə Ukraynaya ixrac olunan və digər kateqoriyadan olan malların qadağan olunan məhsullar sırasına daxil edilməsinin anlaşılan olmadığı vurğulanır: "Belə birtərəfli məhdudiyyətlər Ukrayna ilə Aİ arasında Assosiasiya Sazişinə, həmçinin Aİ-nin vahid bazarının prinsip və normalarına uyğun gəlmir".