ABŞ-də parad zamanı atışma oldu, yaralananlar var

 20:12 26.08.2023     256

ABŞ-ın Massaçusets ştatının Boston şəhərində Karib dənizi mədəniyyətinə həsr olunmuş parad zamanı atışma olub, hadisə nəticəsində azı 7 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə CNN yerli polisə istinadən məlumat yayıb.

Zərərçəkənlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Polis bir neçə nəfəri saxlayıb və onlardan odlu silahlar müsadirə edilib (report).