Xartum hava limanının ərazisində partlayış baş verdi

 23:28 26.08.2023     428

Sudanın paytaxtı Xartumda hava limanının ərazisində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Partlayışın yanacaq anbarında baş verdiyi ehtimal edilir.

Agentliyin mənbələri həmçinin bildirirlər ki, ordu və Çevik Reaksiya Qüvvələri paytaxt Xartumda bir-birlərinin mövqelərinə zərbələr endiriblər (apa).