Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanıldı

 23:57 26.08.2023     611

Britaniya Muzeyindən oğurlanan 2 min tarixi əsərin axtarışlarına başlanılıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Londondakı Britaniya Muzeyinin rəhbəri Corc Obsorn bildirib.

Onun sözlərinə görə, dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyindən qızıl-zinət əşyaları və qiymətli daşlar da daxil olmaqla 2 minə yaxın əsər oğurlanıb.

"Bütün muzey kolleksiyası düzgün təsnif edilməyib. Nəyin oğurlandığını öyrənmək üçün məhkəmə-tibb ekspertizası aparılır. Artıq oğurlanmış əşyaların bir qisminin tapılmasına nail olmuşuq”, - muzey rəhbəri deyib (report).