Türkiyədə mikroavtobus aşdı, 14 yaralı var

 17:21 27.08.2023     380

Türkiyənin Van vilayətinin Gevaş rayonunda mikroavtobus aşıb.

Redaktor.az xəbər verir ki, Atalan Məhəlləsində mikroavtobus təkərin partlaması nəticəsində yol kənarına aşıb. Nəticədə 2-si ağır olmaqla 14 nəfər yaralanıb.

Hadisə yerinə tibbi heyət, jandarma və Van Böyükşəhər Bələdiyyəsi Xilasetmə İdarəsinin qrupları cəlb edilib.

Yaralılar tibbi qrupların müdaxiləsindən sonra şəhərdəki xəstəxanalara aparılıb (report).

Vumart və Güvən reklamı Vumart Güvən