ABŞ Hərbi Hava Qüvvələri Somalidə 13 silahlını məhv etdi

 23:49 27.08.2023     275

ABŞ-ın Afrika Komandanlığı Somali hökumətinin müraciəti ilə ölkənin cənubunda “Aş-Şabab” terror qruplaşmasının yerləşdiyi ərazilərə hava zərbəsi endirməsinə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Afrika Komandanlığının rəsmi saytında yerləşdirilib.

Məlumata görə, əməliyyat nəticəsində 13 yaraqlı məhv edilib.

"Zərbə avqustun 26-da Kismayo şəhərindən 45 km şimal-qərbdə, Somali qüvvələrinə dəstək məqsədilə həyata keçirilib", - komandanlığın məlumatında deyilir. Mülki əhali arasında zərərçəkən yoxdur.

“Aş-Şabab” qruplaşması 2004-cü ildə Somalidə yaranıb. Onun 10 minə qədər yaraqlısı var (report).