Yaponiya altı ölkəyə hərbi yardım göstərəcək

 10:24 28.08.2023     326

Yaponiya hökuməti 2024-cü ildə altı ölkəyə hərbi yardım edəcək.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Yaponiya höküməti Vyetnam, Cibuti, İndoneziya, Monqolustan, Papua Yeni Qvineya və Filippinə hərbi yardım üçün ümumilikdə 5 milyard (34,2 milyon dollar) ayırmağı planlaşdırır.

Bu ölkələrin, xüsusilə, kosmik rabitə sistemləri, radarlar və patrul katerləri, hərbi limanlar üçün avadanlıq tədarük edəcəyi gözlənilir.

Humay İSGƏNDƏRLİ

Vumart və Güvən reklamı Vumart Güvən