"Trampa qarşı ittihamlar narahatlıq doğurmur" - vəkili

 10:26 28.08.2023     270

ABŞ-ın keçmiş prezident Donald Trampın komandası ona qarşı irəli sürülən ittihamlardan narahat deyil.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Trampın vəkili Alina Xabba məlumat yayıb.

O, deyib ki, Trampa qarşı irəli sürülən ittihamlardan narahat deyillər:

"Faktları bilirik və işlərin siyasi motivli olduğuna inanırıq".

Humay İSGƏNDƏRLİ