Güclü yağışlar 13 nəfərin həyatına son qoydu

 09:50 28.08.2023     200

Tacikistanda dünən yağan güclü yağışlar nəticəsində 13 nəfər həyatını itirib.

Redaktor.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə respublika prezidenti Emoməli Rəhmonun mətbuat xidməti məlumat yayıb.

Onun sözlərinə görə, yağışlar 11 nəfərin öldüyü Vəhdət şəhərinə və 2 nəfərin həlak olduğu Rudəki bölgəsinə də düşüb. Rəhmon baş nazirə, eləcə də Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinə təbii fəlakətdən zərər çəkənlərin ailələrinə yardım göstərməyi tapşırıb:

"Hakimiyyət orqanları da fəlakətin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görməlidir".