Raket hücumu Hələb aeroportunu sıradan çıxardı

 10:00 28.08.2023     351

Suriyanın Hələb Beynəlxalq Hava Limanı raket hücumuna məruz qalıb.

Redaktor.az “SANA” agentliyinə istinadən xəbər verir ki, nəticədə aeroport sıradan çıxıb.

Bildirilir ki, hücum zamanı hava limanının eniş-uçuş zolağına zərər dəyib və maddi ziyan vurulub.

Suriya Müdafiə Nazirliyinin yaydığı məlumatda hücumun Aralıq dənizi tərəfdən İsrail Hərbi Hava Qüvvələri tərəfindən edildiyi iddia olunub.

Vumart və Güvən reklamı Vumart Güvən