"ABŞ-da ağların üstünlüyünə yer yoxdur" - Bayden irqçi hücumu pislədi

 11:45 28.08.2023     241

ABŞ Prezidenti Co Bayden Florida ştatının Ceksonvill şəhərinin qaradərililər olan məhəlləsində baş verən atışma ilə bağlı yazılı açıqlama verib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Bayden irqçi səbəblərlə həyata keçirilən hücumu qınayıb.

"ABŞ-da ağların üstünlüyünə yer yoxdur. Bunu açıq və qəti şəkildə söyləməliyik. Amerika xalqı qaradərililərin irqlərinə görə güllələnməkdən qorxduğu bir ölkədə yaşamaqdan imtina etməlidir. Nifrətin təhlükəsiz sığınacağı olmamalıdır. Susmaq şəriklikdir. Ona görə də susmamalıyıq",-deyə Bayden bildirib.

Qeyd olunub ki, ötən gün 1 ağdərili şəhərin mərkəzindəki bazarda 3 qaradəriliyə hücum edib. Hadisə nəticəsində onlar ölüb. Qatil daha sonra özünü də gülləliyərək intihar edib. Həmin şəxsin sosial şəbəkələrdə daim irqçi paylaşımlar etdiyi ortaya çıxıb.

Humay İSGƏNDƏRLİ